Harri Keyn Bundesliqanın 5-ci turunda "Verder" üzərində qələbə qazandıqları oyunda dubla imza ataraq, "Bavariya"nın heyətində 100-cü qolunu vurub.

Matc.az xəbər verir ki, ingilis futbolçu 100 qolu 104 oyunda vurub. Bu, 21-ci əsrdə TOP-5 liqadakı bütün oyunçular arasında ən yaxşı göstəricidir.

Keyn "Mançester Siti"nin hücumçusu Erlinq Haaland və "Real"ın sabiq forvardı Kriştiano Ronaldonun nailiyyətlərini geridə qoyub. Hər iki futbolçu 105 matçda 100 qol vurub.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayında Münhen klubuna keçib. Onun "Bavariya" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest