27 Sentyabr 2025, 00:31
FUTBOL
Səudiyyə Ərəbistanı Futbol Liqasının 4-cü turunda "Əl-Nəsr" "Əl-İttihad"ı məğlub edib.
Matc.az xəbər verir ki, Ciddədə keçirilən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qolları Sadio Mane (9-cu dəqiqə) və Kriştiano Ronaldo (35-ci) vurub. Bu, 40 yaşlı portuqaliyalı hücumçunun karyerasında 946-cı qolu olub.
Qeyd edək ki, "Əl-Nəsr"ın 12 xalı var və Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlinə başçılıq edir. "Əl-İttihad" isə 9 xalla ikinci sırada qərarlaşıb.












