"Mançester Siti" hücumameyilli yarımmüdafiəçisi Niko O'Reyli ilə uzunmüddətli müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Maliyyə detalları açıqlanmayıb.

20 yaşlı ingilis futbolçu "Mançester Siti"nin gənclər akademiyasının yetirməsidir. Sol cinah müdafiəçisi kimi oynayır.

Qeyd edək ki, O'Reylinin klubla əvvəlki müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest