"Liverpul" müqaviləsi 2026-cı ilin yayında başa çatacaq İbrahima Konateni əvəzləyicisi kimi gördüyü "Barselona"nın müdafiəçisi Ronald Arauxonu yaxından izləyir.

Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Bildirilir ki, "Barselona" Arauxonu 50-60 milyon avroya sata bilər. Uruqvaylıya "Çelsi" və "Tottenhem" də maraq göstərir.

Daha əvvəl mətbuat Konatenin "Liverpul"la müqaviləsini yeniləməyi planlaşdırmadığını və azad agent kimi "Real"a keçə biləcəyini yazmışdı.

Qeyd edək ki, bu mövsüm Arauxo bütün yarışlarda beş matçda meydana çıxıb, bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest