"Barselona" iki ciddi itki ilə üzləşib.

Matc.az xəbər verir ki, dünən "Ovyedo" ilə qarşılaşmada (3:1) komandanın cinah müdafiəçisi Rafinya, bu gün səhər saatlarında isə kataloniyalıların əsas qapıçısı Joan Qarsiya məşqdə zədələnib.

Hər iki zədə əzələ ilə bağlıdır, lakin oyunçular oktyabrın 6-17-nə planlaşdırılan beynəlxalq fasilənin sonuna qədər komandasına kömək edə bilməyəcəklər.

Bu o deməkdir ki, "Barselona" İspaniya La Liqasında "Real Sosyedad" və "Sevilya", Çempionlar Liqasında isə PSJ ilə qarşılaşmada aparıcı oyunçularının xidmətindən istifadə edə bilməyəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest