"Barselona"nın ulduz futbolçusu Lamin Yamal zədəsini sağaldıb.

Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumaat yayıb.

18 yaşlı vinger komanda ilə məşqlərə başlayıb. İspaniya millisinin üzvü La Liqanın 7-ci turunun "Real Sosyedad"la matçında iştirak edə biləcək. Qarşılaşma ayın 28-də baş tutacaq.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 3 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest