26 Sentyabr 2025, 15:47
FUTBOL
David Alaba mövsümün sonunda "Real"dan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
Avstriyalı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır. "Kral klubu" 33 yaşlı mərkəz müdafiəçisinə yeni sözləşmə təklif etməyəcək.
Qeyd edək ki, David Alaba bu mövsüm "Real"ın heyətində La Liqada 2 oyunda 10 dəqiqə meydanda olub.












