26 Sentyabr 2025, 14:39
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"nin heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Koul Palmer zədələnib. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
İngiltərəli hücumameyilli yarımmüdafiəçi 203 həftə yaşıl meydanlardan uzaq qalacaq.
23 yaşlı futbolçu bu mövsüm "mavilər"in heyətində keçirdiyi 10 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində İngiltərədə baş tutacaq.












