26 Sentyabr 2025, 13:52
FUTBOL
I Liqada mübarizə aparan "Şəfa" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, I Liqa təmsilçisi Ramin Nəsirli ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi bu mövsüm "Şəfa"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ramin Nəsirli "Neftçi"nin yetirməsidir. Latviyanın "Dauqavpils" klubunda çıxış etmiş futbolçu son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.












