Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turu çərçivəsində "Kopenhagen"i qəbul edəcək.

Matc.az xəbər verir ki, qarşılaşmanın biletləri dünən satışa çıxarılıb.

Bir gün ərzində oyun üçün 27 500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk turda "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. "Kopenhagen" isə "Bayer"lə heç-heçə (2:2) edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest