Futbol üzrə Polşa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor" səfərdə "Arka"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Motor" kubokda mübarizəni dayandırıb.

Renat Dadaşov da matçın iştirakçısı olub. Qarşılaşmaya start heyətində başlayan 26 yaşlı forvard 61-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest