26 Sentyabr 2025, 10:57
FUTBOL
İspaniya La Liqasında 6-cı tura yeekun vurulub.
Matc.az xəbər verir ki, son çempion "Barselona" səfərdə "Ovyedo"nun qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 16-ya yüksəldən "Barselona" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 3 xalı olan "Ovyedo" isə 18-ci yerdədir.
"Ovyedo" - "Barselona" 1:3
Qollar: Alberto Reyna, 33 - Erik Qarsiya 56, Robert Levandovski 70, Ronald Arauxo 88












