"İnter Mayami"nin futbolçusu Serxio Buskets karyerası ilə bağlı qərarını verib.

Matc.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün sonunda karyerasını başa vuracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

MLS-də mövsüm dekabr ayında başa çatır.

Qeyd edək ki, Serxio Buskets "Barselona"nın yetirməsidir. Təcrübəli oyunçu Kataloniya təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 722 rəsmi matçda 18 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniya millisinin sabiq üzvü 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest