26 Sentyabr 2025, 10:16
FUTBOL
Robert Levandovski "Barselona"da vurulan qolların sayına görə Neymara çatıb.
Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu buna La Liqanın VI turunun "Ovyedo" ilə oyununda (3:1) fərqlənməklə nail olub.
Polşalı forvard komandada 105-ci qoluna imza ataraq komandanın sabiq futbolçusu Neymarın nailiyyətini təkrarlayıb.
Qeyd edək ki, Robert Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.












