"Arsenal" akademiyasının məzunu Billi Viqar sentyabrın 25-də, 21 yaşında dünyasını dəyişib.

Matc.az xəbər verir ki, futbolçu "Çiçester Siti" – "Uinqeyt və Finçli" oyunu zamanı başından zədə alıb.

Divizion oyununun 15-ci dəqiqəsində Viqar yıxıldıqda başı yerə dəyib. Ona ilkin tibbi yardım göstərilib və sonra helikopterlə xəstəxanaya aparılıb. Komaya düşən gənc futbolçu vəfat edib.

Qeyd edək ki, Viqar "Arsenal"ın gənclər komandalarında oynayıb, 18 yaşadək futbolçularla 22, 21 yaşlılarlar isə 5 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest