25 Sentyabr 2025, 23:24
FUTBOL
"Mançester Yunayted"in əfsanəsi Ueyn Runi Harri Keynin ölkə tarixindəki ən yaxşı mərkəz hücumçusu olduğuna inanır.
Matc.az xəbər verir ki, futbolçu bu barədə Rio Ferdinanda müsahibəsində danışıb.
"Mənim üçün Keyn İngiltərənin indiyə qədər gördüyü ən yaxşı 9 nömrədir. O, ötən mövsüm "Bavariya"nın heyətində çox qol vurdu. O, soyuqqanlı qol vuran oyunçudur, eyni zamanda mövqe seçimində də ağıllıdır.
Mən klublararası dünya çempionatında "Bavariya"nı izlədim. Keyn demək olar ki, "Roma"da Tottinin olduğu kimi idi".
Qeyd edək ki, Keyn hazırda 74 qolla İngiltərə millisinin bütün zamanların ən yaxşı bombardiridir.












