25 Sentyabr 2025, 20:58
FUTBOL
"Liverpul" hücumçu Rio Nqumoa ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubunun akademiyasının 17 yaşlı oyunçusu bu mövsüm əsas komandanın heyətində bütün yarışlarda dörd oyuna çıxıb. O, Premyer Liqanın II turunda "Nyukasl"la oyunda (3:2) qələbə qolunu vurub.
Qeyd edək ki, Nqumoa cari mövsüm "Liverpul"da debütünü İngiltərə Kuboku çərçivəsində "Akrinqton"la matçda (4:0) edib.












