Gələn həftə Avropa Futbol Assosiasiyaları İttifaqı İsrailin onun himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərar verəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Times" paylaşıb.

Bildirilir ki, UEFA-nın icraiyyə komitəsi üzvlərinin əksəriyyəti İsrail yığmasının diskvalifikasiyasının tərəfdarıdır.

Qeyd olunur ki, İsrailin fəaliyyətini dayandırmasını müdafiə edənlər 2022-ci ilin fevral ayının sonunda Ukraynada xüsusi hərbi əməliyyat başlayandan Rusiyanın Avropa yarışlarında iştirakının qadağan olunduğunu əsas gətirir.

Daha əvvəl bildirilmişdi ki, bir neçə Avropa klubu İsrail yığmaları ilə avrokuboklarda oynamamaq üçün birbaşa UEFA-ya müraciət edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest