25 Sentyabr 2025, 19:41
FUTBOL
"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao baldırından aldığı zədədən sonra komanda ilə birlikdə məşqlərə başlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "TuttoMercatoWeb" paylaşıb.
O, bir ay əvvəl "Bari"yə qarşı 2:0 hesabı ilə məğlub olduqları kubok oyununda zədə almışdı. Cinah hücumçusunun bu həftəsonu A Seriyasının 5-ci turunda "Napoli" ilə qarşılaşma üçün heyətdə olacağı gözlənilir.
Qeyd edək ki, Leao bu mövsüm fərqlənə bilməyib.












