25 Sentyabr 2025, 19:17
FUTBOL
"Arsenal"ın müdafiəçisi Uilyam Saliba "topçular"la müqaviləsini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında yeni müqavilə üç mövsümlük olacaq.
Daha əvvəl fransalı müdafiəçi ilə "Real"ın maraqlandığı bildirilirdi. Bununla belə, onun Madrid klubuna transfer olma ehtimalı indi xeyli azalıb.
Qeyd edək ki, 2019-cu ilin yayında Saliba "Sent-Etyen"dən "Arsenal"a keçib. Bundan sonra o, bir neçə dəfə icarəyə göndərilib. Əvvəlcə "Sent-Etyen"ə, sonra "Nitsa"ya və nəhayət, "Marsel"də icarə əsasında oynayıb. O, "topçular"ın heyətində cəmi 139 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.












