"Barselona"nın baş məşqçisi Hans-Diter Flik 37 yaşlı Robert Levandovskinin əvəzləyicisi hesab edilən Dortmund "Borussiya"sının hücumçusu Seru Girassi ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, transfer Kataloniya klubuna təxminən 100 milyon avroya başa gələ bilər. 29 yaşlı futbolçunun hazırda maaşı 9 milyon avrodur.

Bununla belə, "Barselona"nın prezidenti Joan Laporta Girassi ilə müqavilə imzalamaq fikrinə o qədər də isti yanaşmır. O, Kataloniya klubuna daha səviyyəli bir oyunçu almağa üstünlük verir.

Qeyd edək ki, bu mövsüm Guirassy bütün turnirlərdə 11 matçda meydana çıxıb, 9 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest