"Real"ın ulduz yarımmüdafiəçisi Federiko Valverde komandanın ukraynalı qapıçısı Andrey Luninə klubdan getməyi məsləhət görüb.
Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Bildirilir ki, Valverde Madrid komandasının liderlərindən biridir və həm məşqçilər korpusu, həm də klub rəhbərliyi ilə birbaşa əlaqə saxlayır. O və Lunin arasında dostluq münasibəti var.
Valverde, ukraynalının normal oyun vaxtı əldə etmək istədiyi təqdirdə Luninə "Real"ı tərk etməyi məsləhət görüb. Komandanın hazırkı baş məşqçisi Xabi Alonso Tibo Kurtuaya tam güvənir və əsas qapıçı ilə bağlı qərarına yenidən baxmaq fikrində deyil.
Qeyd edək ki, Lunin 2018-ci ilin yayından "Real"da çıxış edir. Onun müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub və transfer dəyəri 18 milyon avrodur.












