25 Sentyabr 2025, 16:03
FUTBOL
"Qalatasaray"ın futbolçusu Viktor Osimhen zədəsini sağaldıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Nigeriyalı hücumçu bu gün komanda ilə birlikdə məşqdə iştirakk edib. Onun yaxın günlərdə oynamağa hazır olacağı bildirilir.
Məşqçilər korpusu Osimheni sabah Super Liqanın 6-cı turunun "Alanyaspor"la səfər matçında oynatmayacaq. 26 yaşlı forvard ayın 30-da Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Liverpul"la matçında isə meydanda olacaq..
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 3 oyunda 2 qol vurub.












