25 Sentyabr 2025, 13:59
FUTBOL
"Real"ın transfer etmək istədiyi Villiam Saliba "Arsenal"da qalacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Fransalı mərkəz müdafiəçisi London təmsilçisinin yeni müqavilə təklifini qəbul edib. Yeni sözləşmə ilə 24 yaşlı futbolçunun maaşı artırılacaq.
Qeyd edək ki, Villiam Saliba bu mövsüm "Arsenal"ın heyətində keçirdiyi 5 oyunda 1 qol vurub. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimidir.












