Misli Premyer Liqasında VI tura start götürür.

Matc.az xəbər verir ki, oyunlar 3 gün ərzində baş tutacaq.

Tura "İmişli" - "Zirə" matçı ilə start veriləcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Oyunun start fiti saat 15:30-da səsləndiriləcək. "Zirə" 5 turdan sonra 11 xalla çempionatın lideridir. "İmişli"nin aktivində isə 7 xal var.

Günün ikinci oyunu "Azersun Arena"da keçiriləcək. Burada son çempion "Qarabağ" 1 illik fasilədən sonra elitaya qayıdan "Qəbələ"ni qəbul edəcək. Bu görüş Ağdam təmsilçisi üçün UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Kopenhagen"lə matçından öncə vacib sınaqdır. Matç saat 19:00-da başlayacaq. 4 oyun keçirən "Qarabağ"ın 7 xalı var. "Qəbələ" isə 5 turdan sonra 7 xal toplayıb.

İkinci oyun gününün ilk matçı Şamaxıda olacaq. Burada rayonun eyniadlı komandası liderlər qrupunda yer alan "Araz-Naxçıvan"ı qəbul edəcək. Matç saat 15:30-da start götürəcək. "Araz-Naxçıvan" 10 xalla 2-ci yerdədir. "Şamaxı" isə 5 xalla 9-cu pillədə qərarlaşıb.

Ötən tur səfərdə "Sumqayıt"a qalib gələn "Neftçi" doğma meydanda 3 oyundur uduzan "Karvan"ı sınağa çəkəcək. "Neftçi" Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq. "Ağ-qaraların aktivində 5 turdan sonra 6 xal var. Yevlaxlılar isə 4 xal toplayıb.

Tura ayın 28-də keçiriləcək iki oyunla yekun vurulacaq. Çempionatın iddialı komandalarından olan "Turan Tovuz" "Azersun Arena"da "Kəpəz"i qəbul edəcək. Qərb derbisinin başlama saatı 16:30-a planlaşdırılıb. "Kəpəz" keçirdiyi 5 oyunun hamısında uduzub və sonuncu yerdədir. "Turan Tovuz" isə 9 xalla 4-cü yerdədir.

Tura "Sabah" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq. Ev sahibləri ötən tur "Turan Tovuuz"u məğlub edib, "Sumqayıt" isə "Neftçi"yə uduzub. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. "Sumqayıt" 10 xalla 2-ci pillədə qərarlaşıb. 7 xalı olan "Sabah" isə 6-cı yerdədir.

Misli Premyer Liqası

I tur

26 sentyabr

 “İmişli” – “Zirə”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Quba OİK stadionu, 15:30 

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”, 19:00 

 27 sentyabr

“Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu, 15:30 

 “Neftçi” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Neftçi Arena”, 19:00 

 28 sentyabr

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Azersun Arena”, 16:30 

 “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”, 19:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest