18 Sentyabr 2025, 12:59
MPL
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının IV turunda baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
Qurum "İmişli"yə 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb bölgə təmsilçisinin "Sumqayıt"la matçın 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevi oyuna daxil etməsidir. Klub həmçinin, 5000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, qarşılaşma "İmişli"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.