FİFA 2026-cı il dünya çempionatının seçmə oyunlarında və final mərhələsində futbolçuların iştirakına görə klublara ümumilikdə 355 milyon dollar ödəyəcək.
Matc.az xəbər veir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İlk dəfə olaraq, təkcə final mərhələsi üçün deyil, dünya çempionatının seçmə oyunlarına futbolçu buraxan klublar da təzminat alacaq.
Klubların təşviq proqramı FİFA ilə Avropa Klublar Assosiasiyası (ECA) arasında 2023-cü ildə imzalanmış təkminləşdirilimiş anlaşma memorandumunun bir hissəsidir.
"2026-cı il dünya çempionatı üçün genişləndirilmiş FIFA klubların müavinət proqramı irəliyə doğru daha bir addımdır, çünki o, bütün dünyada bir çox klubların və onların oyunçularının həm seçmə, həm də final turnirlərinə ev sahibliyi etmək üçün verdikləri böyük maliyyə töhfəsini ehtiva edir", - FIFA prezidenti Canni İnfantino bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.