“Kəpəz” Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəlki güclülər dəstəsi) 686, I Liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.

Misli Premyer Liqasının IV turu “Kəpəz” üçün əlamətdar olub.

Matc.az xəbər verir ki, Gəncə klubu müstəqillik illərində 1000-ci rəsmi oyununu keçirib. Qərb təmsilçisi bu yubileydə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.

“Kəpəz” Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəlki güclülər dəstəsi) 686, I Liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.

“Kəpəz” bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.

Yalnız 2006-09-cı illərdə üç mövsümlük fəaliyyətini dayandıran “Kəpəz” müstəqillik illərindəki oyun sayında ancaq “Qarabağ” və “Neftçi”dən geri qalır.

Qeyd edək ki, “Kəpəz” müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də “Turan”a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest