Çempionlar Liqasının 2026/27 mövsümünün finalı Madridin "Atletiko" klubunun doğma stadionu "Metropolitano"da keçiriləcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın rəsmi saytı paylaşıb.

Bu qərar UEFA İcraiyyə Komitəsinin bu gün Tiranada keçirilən iclasında qəbul edilib və təsdiqlənib. Gələn il UEFA Superkubokunun Avstriyanın Zalsburq şəhərində keçiriləcəyi də vurğulanır.

Xatırladaq ki, bu yay PSJ – "Tottenhem" (2:2, penaltilər üzrə 4:3) arasında UEFA Superkuboku İtaliyanın Udine şəhərində keçirilib. Çempionlar Liqasının cari mövsümünün finalı isə Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest