11 Sentyabr 2025, 18:27
FUTBOL
"Yuventus"un hücumçusu Kənan Yıldız A Seriyasında avqust ayının ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, türkiyəli futbolçu "Udineze"dən Tomas Kristensen, "Napoli"dən Skott MakTominay, "Komo"dan Niko Paz, "Roma"dan Matias Sule və "İnter"dən Markus Tyuram da daxil olmaqla, digər iddiaçılara qalib gəlib.
Qeyd edək ki, Yıldız 2025/26 mövsümünün ilk iki turunda "Yuventus"a uğur qazandıran iki məhsuldar ötürmə edib. 20 yaşlı futbolçunun qiyməti 50 milyon avrodur.