10 Sentyabr 2025, 15:18
FUTBOL
"Mançester Yunayted"in müdafiəçisi Tayrell Malasia karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Niderlandlı sol cinah müdafiəçisi "Eyüpspor"a icarəyə verilir. Artıq klublar arasında razılıq əldə olunub. 26 yaşlı futbolçu qısa zamanda İstanbul təmsilçisinə qoşulacaq.
Qeyd edək ki, Tayrell Malasia ötən mövsümün ikinci yarısında icarə əsasında PSV-də çıxış edib.