UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"nin heyətində itki baş verib.

Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdaffiəçisi Dario Essuqo sıradan çıxıb.

20 yaşlı futbolçu Portuqaliya U-21 millisinin düşərgəsində ayaq əzələsindən zədə alıb. Gənc oyunçu bu gün əməliyyat olunub.

Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə  oyunu 5 noyabr tarixində Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest