İspaniyalı mərkəz müdafiəçisi antidopinq qaydalarını pozduğu üçün ağır cəzaya məruz qalıb. 30 yaşlı futbolçunun ötən mövsüm Avropa Liqa yarımfinal mərhələsinin "Mançester Yunayted"lə ilk matçından sonra verdiyi dopinq testinin nəticəsi pozitiv çıxıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletik"in futbolçusu Yeray Alvaresə 10 aylıq cəza verilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mərkəz müdafiəçisi antidopinq qaydalarını pozduğu üçün ağır cəzaya məruz qalıb. 30 yaşlı futbolçunun ötən mövsüm Avropa Liqa yarımfinal mərhələsinin "Mançester Yunayted"lə ilk matçından sonra verdiyi dopinq testinin nəticəsi pozitiv çıxıb.
Təcrübəli oyunçunun cəza müddəti 2 iyun tarixindən hesablanır.
Qeyd edək ki, "Qarabağ"ın "Atletik"lə oyunu oktyabrın 22-də İspaniyada baş tutacaq.