05 Sentyabr 2025, 17:53
FUTBOL
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd AğayevaFIFA tərəfindən təşkil olunan seminarda iştirak edib.
İsveçrənin Sürix şəhərində FIFA tərəfindən təşkil olunan Qadın Futbolu üzrə Avropa üçün Regional Seminar (FIFA Women's Football Regional Workshop) keçirilib.
Matc.az xəbər verir ki, FIFA-nın qərargahında təşkil olunan tədbirdə UEFA-ya üzv olan bütün milli assosiasiyaların nümayəndələri bir araya gələrək, qadın futbolunun inkişafı sahəsində əməkdaşlıq, bilik mübadiləsi aparıb və təcrübə paylaşımı ediblər.
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva da seminarda iştirak edib.