İtaliyalı qapıçı Canluici Donnarumma PSJ-dən "Mançester Siti"yə keçməsini şərh edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Football Italia" paylaıb.

"Mən həmişə çox məşq etmişəm və "Mançester Siti"yə qoşulmaq üçün səbirsizlənirdim, çünki bu klub məni çox istəyirdi. Məşqçi məni komandada gözləyirdi, bu, qürurvericidir. Dünyanın ən güclü klubu sizinlə əməkdaşlıq etmək istəyəndə bu, sizdə qürur və xoşbəxtlik hissi yaradır", - deyə Donnarumma bildirib.

Qeyd edək ki, ötən mövsüm Donnarumma PSJ-nin heyətində bütün turnirlərdə 47 oyun keçirib, 17-də qapısını toxunulmaz saxlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest