Qurum "Neftçi"nin müdafiəçisi İqor Ribeyroya 3 oyunluq cəza verib. Buna səbəb braziliyalı futbolçunun "Turan Tovuz"la matçdakı təcavüzkar davranışı olub. Belə ki, Ribeyro rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə görüb. Futbolçunun hərəkətinə görə "Neftçi" 3000 manat cərimələnib.
AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının III turunda baş verən neqativ hallara da baxılıb.
Matc.az xəbər verir ki, həmin məqamlarda bağlı qərarlar qəbul edilib.
Qurum "Neftçi"nin müdafiəçisi İqor Ribeyroya 3 oyunluq cəza verib. Buna səbəb braziliyalı futbolçunun "Turan Tovuz"la matçdakı təcavüzkar davranışı olub. Belə ki, Ribeyro rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə görüb. Futbolçunun hərəkətinə görə "Neftçi" 3000 manat cərimələnib.
"Neftçi" azarkeşlərinə görə də ziyana düşüb. Fanatlar meydançaya yad əşyalar atdığı üçün klub 2000 manat cərimə edilib.
İntizam Komitəsi "İmişli"ni də cərimələyib. Bölgə təmsilçisi "Sabah"la oyunda meydana gec çıxdığı üçün qarşılaşma gec başlayıb. Klub buna görə 3000 manat cərimə ödəməli olacaq.