"Sevilya"dan ayrılan Keleçi İheanaçonun yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, nigeriyalı hücumçu Şotlandiyaya üz tutub.

İheanaço "Seltik"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvardla 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Keleçi İheanaço ötən mövsüm "Sevilya"nın heyətində keçirdiyi 26 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest