01 Sentyabr 2025, 20:08
FUTBOL
"Napoli" "Leypsiq"in şimali makedoniyalı yarımmüdafiəçisi Elif Elmasla müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı sol cinah yarımmüdafiəçi almaq opsiyonu ilə 2 milyon avroya bir illik icarəyə götürülüb.
Qeyd edək, Elmas 2024-cü ilin yanvarında "Napoli"dən 24 milyon avroya "Leypsiq"in düşərgəsinə keçsə də, möhkəmlənə bilməyib. Futbolçu ötən mövsümün ikinci hissəsini icarə əsasında "Torino"da keçirib, A Seriyasında 13 matçda 4 qol vurub.