01 Sentyabr 2025, 19:37
FUTBOL
"Qalatasaray" "Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğanın transferi üzərində fəal işləyir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat paylaşıb.
Türkiyə klubu yarımmüdafiəçiyə illik 5 milyon avro müqavilə təklif edir. Bu sövdələşmənin yekunlaşmaq üzrə olduğu qeyd edilir. Əgər futbolçu İstanbul təmsilçisinə keçməyə razı olsa, o zaman "Mançester Siti" buna mane olmayacaq.
Qeyd edək ki, Gündoğanın klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.