"Vulverhempton" Belçikanın "Genk" klubunun hücumçusu Tolu Arokodareni alıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı ingilis klubunun mətbuat xidməti paylaşıb.

24 yaşlı nigeriyalı futbolçu ilə "4+1" sxemi üzrə müqavilə imzalanıb. Premyer Liqa klubu futbolçu üçün 26 milyon avro ödəyib.

Qeyd edək ki, cari mövsümdə Arokodare Belçika yüksək liqasının 4 oyununda 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest