"Real Sosyedad" klubu "Jirona"dan mərkəz yarımmüdafiəçisi Yanhel Herreranı alıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Venesuela millisinin 27 yaşlı futbolçusu üçün 11 milyon avro ödənilib. Futbolçunun özü isə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, bu mövsüm Herrera kataloniyalıların heyətində iki matçda meydana çıxıb, lakin qol vurmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest