01 Sentyabr 2025, 15:11
FUTBOL
"Brentford"un hücumçusu Yohan Vissa "Nyukasl"a keçir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.
Bildirilir ki, artıq klublar arasında razılıq əldə olunub. Transfer məbləği 63,5 milyon avro olacaq. "Brentford" təklifi qəbul edib və bu gün Vissa tibbi müayinədən keçəcək.
Qeyd edək ki, ötən mövsüm hücumçu bütün yarışlarda 39 matçda iştirak edib, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb. "Transfermarkt" portalında onun dəyəri 32 milyon avrodur.