Azərbaycan çempionu "Ljuti Krajişniçi"ni daramdağın edib.

Futzal üzrə UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz "Araz-Naxçıvan" ilkin mərhələdə sonuncu oyununa çıxıb.

Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Ljuti Krajişniçi" ilə qarşılaşıb.

Təmsilçimiz rəqibini 3:12 hesabı ilə darmadağın edib. Aktivində 9 xal olan "qırmızı-ağlar" qrup lideri kimi mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanıb. 

Qeyd edək ki, Yevgeni Kukseviçin komandası F qrupunda "Sparta Belfast"ı (Şimali İrlandiya) 9:1, PYF-ni (Şotlandiya) 7:2 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası
F qrupu

"Ljuti Krajişniçi" (Avstriya) - "Araz-Naxçıvan" (Azərbaycan) - 3:12
Hakimlər: Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Aleksandar Vangelov (Bolqarıstan).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya).
NMS İdman Sarayı, Linz

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest