Komitə "Karvan-Yevlax"ı 5000 minat məbləğində cərimələyib. Buna səbəb bölgə təmsilçisinin müdafiəçisi Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilməsidir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının II turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib:

Komitə "Karvan-Yevlax"ı 1500 manat məbləğində cərimələyib. Buna səbəb bölgə təmsilçisinin müdafiəçisi Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilməsidir.

Komitə Premyer Liqaya yeni yüüksəldiyi üçün ilk turda "Karvan-Yevlax"a xəbərdarlıq etmişdi. Analoji hal təkrarlandığı üçün klub bu dəfə cərimələnib.

İntizam Komitəsi "Araz-Naxçıvan"ı da pul cəzasına məruz qoyub. "Turan Tovuz"la matçda naxçıvanlıların 4 futbolçusu sarı vərəqə alıb. Buna görə klub 700 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest