18 Avqust 2025, 18:26
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
"Elçe" "Leypziq"in hücumçusu Andre Silvanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Elçe" portuqaliyalı forvard üçün Almaniya klubuna 1 milyon avro təzminat ödəyib. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Andre Silva ötən mövsümün ikinci yarısında icarə əsasında "Verder"də çıxış edib.

 
             
 















