08 Avqust 2025, 22:24
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında 2025/2026 mövsümünə start verib.
Matc.az xəbər verir ki, Tetovo təmsilçisi mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb.
Təmslçimizin rəqibi doğma meydanda "Şkupi"yə 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Şkendiya" mərhələnin ilk matçında "Qarabağ"a 0:1 hesabı ilə uduzub. Komandalar arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

            
 










