"Toplanış çox yaxşı keçdi. Əslində, 4 oyun planlaşdırmışdıq, lakin güclü yağış səbəbindən bunlardan biri baş tutmadı. Buna baxmayaraq, bizim üçün çox səmərəli toplanış oldu".

Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov AEL klubu ilə yoxlama oyunundan sonra "Neftçi TV"yə müsahibəsində deyib.

Oyun haqda fikirlərini bildirən təcrübəli mütəxəssis təlim-məşq toplanışını da dəyərləndirib:

"Oyuna gəlincə, çox yaxşı və maraqlı keçdi. Futbolçuların göstərdiyi oyundan çox razı qaldım. Düşünürəm ki, bu görüş əvvəlkilərdən yaxşı mənada çox fərqləndi. Artıq meydanda dominant, səbrlə top saxlayan və nələrsə düşünməyə çalışan komanda var idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest