13 İyul 2025, 16:09
FUTBOL
Braziliyanın "Santos" klubunun hücumçusu Neymar rejissor Kristofer Nolanın superqəhrəman Betmen haqqında çəkdiyi filmdəki avtomobilin dəqiq surəti olan betmobil alıb.
Matc.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib.
Avtomobil Neymara 1,5 milyon dollara başa gəlib.
Qeyd edək ki, braziliyalının artıq 9 milyon dollar dəyərində Betmen üslubunda helikopteri və kürəyinin sağ tərəfində super qəhrəmanın döyməsi var.