13 İyul 2025, 09:12
FUTBOL
"Real" klublararası dünya çempionatının yarımfinalında PSJ-yə (0:4) uduzduqdan sonra bir sıra oyunçularını satmağı düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Madrid komandası son turnirdə ciddi rol oynamayan üç futbolçusunu satmağa açıqdır. Söhbət yarımmüdafiəçi Dani Sebalos, hücumçu Rodriqo Qoes və qapıçı Andriy Lunindən gedir.
Qeyd olunur ki, ukraynalı qolkiper klublararası dünya çempionatında bir dəqiqə də oynamağa icazə verilməməsindən narazı qalıb. Onun oyun praktikasını artırmaq üçün yeni klub tapmaq məsələsi indi ukraynalının gündəmindədir. Seballos da qeyd olunan turnirdə start heyətinə düşə bilməyib. Rodriqo isə start heyətdə sadəcə bir oyun keçirib.