"Union Berlin"in müdafiəçisi Danilo Doeki karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Beşiktaş" niderlandlı mərkəz müdafiəçisini transfer etmək istəyir. İstanbul nəhəngi Almaniya klubu ilə 1 illik müqaviləsi qalan 27 yaşlı futbolçunu uyğun qiymətə heyətinə qatacağına ümid edir.

Təcrübəli oyunçu ilə İspaniyanın "Valensiya" klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Danilo Doeki ötən mövsüm "Union Berlin"in heyətində 36 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest